Təhsil Nazirliyinin (TN) sifarişi ilə ümumtəhsil məktəbləri üçün yenidən işlənmiş və təkmilləşdirilmiş 163 dərslik komplektinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin (Azərbaycan və rus bölmələri üzrə birlikdə) elmi-metodik monitorinqi və qiymətləndirilməsi aparılıb.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri qeyd edib ki, hazırlanan yekun rəylər nazirliyə göndərilib.