DİM təhsil eksperti Kamran Əsədovu məhkəməyə verir

Hər bir abituriyentin imtahan nəticəsi yalnız onun razılığı əsasında açıqlana bilər. Üçüncü şəxsə fərdi məlumatlar çatdırıla bilməz”.

Türk.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 15-də keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb: “Abituriyentin 596 bal toplaması ilə bağlı iddiası qəbul olunmur. Cavab kartlarını yalnız məhkəmə prosesinə təqdim edə bilərdik. Məsələ ictimaiyyətləşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib”.

M.Abbaszadə bildirib ki, bu günə kimi imtahan nəticələrinin saxta olması ilə bağlı DİM-ə nə ərizə, nə də müraciət daxil olub.

ƏvvəlkiAZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU TƏRƏFİNDƏN KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ ÜÇÜN AÇIQLAMA
NövbətiMəşhur müğənni Areta Franklin uzun sürən xəstəlikdən sonra vəfat edib