DİN BU NAMİZƏDLƏ BAĞLI ARAŞDIRMA APARACAQ – Rəsmi + VİDEO

Ötən gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı Qarabağlı kəndində aparılan təxribata hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma aparılacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq.

Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident baş verib.

F.Ağamalı təxribatın digər deputatlığa namizəd , Aprel qazisi Kamil Musəvi tərəfindən hazırlandığını bildirərək, DİN, MSK, DTX və Baş Prokurorluğa müraciət edib.

Kamil Musəvi

Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə də yayılıb.

ƏvvəlkiErmənistan silahlı bölmələri atəşkəsi pozdu
NövbətiErmənistan ordusunun əsgərləri qar uçqunu altında qalıblar