Almaniyanın “Ertsgebirge” klubunda çıxış edən Dmitri Nazarov Azərbaycan milli komandasından imtina edib.
“Report” xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu “sueddeutsche” nəşrinə məlumat verib. O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib: “Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır və uçuşlar o qədər də asan deyil. Bu səbəbdən millinin məşqçisi və mən ev qalmağa qərar verdik”.
Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: “Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm”.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.