Dominikan Respublikası Beynəlxalq Olimpiya Komitəsinin 146-cı Sessiyasına ev sahibliyi edəcək

Dominikan Respublikası 2027-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 146-cı Sessiyasına ev sahibliyi edəcək.

“Report” xəbər verir ki, bu barədə qərar BOK-un Yunanıstanda keçirilən 144-cü Sessiyasında qəbul edilib.

Tədbir Punta-Kana şəhərində baş tutacaq. Sessiyasının keçiriləcəyi tarix isə müəyyənləşməyib.

Qeyd edək ki, BOK-un 145-ci sessiyası gələn il İtaliyanın Milan şəhərində keçiriləcək.

ƏvvəlkiAlmaniya Azərbaycana birbaşa investisiyalarını 3 dəfəyə yaxın artırıb
NövbətiBakıdan bölgələrə iki gündə 28 minə yaxın sərnişin daşınıb