Donald Tramp İtaliyanın Baş naziri ilə TAP layihəsini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp İtaliya Baş naziri Cüzeppe Konte ilə Trans Adriatik Boru Kəməri (TAP) layihəsini müzakirə edib.

Türk.az RBK-ya istinadən xəbər verir ki, müzakirələr C.Kontenin Vaşinqtona səfəri zamanı aparılıb.

“Qeyd etdim ki, strateji vəzifə enerji resurslarının İtaliya və Cənubi Avropa ölkələrinə təchizatını təmin etməkdən ibarətdir”, – C.Konte bildirib.

Xatırladaq ki, daha əvvəl İtaliyanın ətraf mühit naziri, “Beş ulduz” populist hərəkatını təmsil edən Sercio Kosta TAP layihəsinin ətraf mühit üçün təhlükəli olduğunu və ölkə üçün heç bir əhəmiyyət daşımadığını bildirib. Ancaq İtaliya hökumətinin nümayəndələri, eləcə də Prezident Sercio Matarella sonrakı şərhlərində dəfələrlə TAP layihəsinin ölkə üçün böyük əhəmiyyətə malik olduğunu bəyan ediblər.

ƏvvəlkiBakıda 12 yaşlı oğlan itkin düşüb
NövbətiKaspiyan Plaza yanır