Prezident İlham Əliyev Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncama əsasən, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.