Cari il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2024-cü ilin sonuna (60 031,4 milyon dollar) nisbətən 4,5 faiz artaraq 62 milyard 740,2 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib.
Bu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,3 milyon manat təşkil edib.
Cari ilin birinci rübündə ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.