Aprelin 6-da saat 01:08-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Nepal Federativ Demokratik Respublikası və iki nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.