Dövlət Su Ehtiyatları Agentliyinin sədri Slovakiyanın ətraf mühit naziri ilə görüşüb

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Slovakiyanın baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba və Slovakiyanın Azərbaycandakı səlahiyyətli nümayəndəsi Milan Lajçiakla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı ətraf mühitin qorunması, ekoloji davamlılıq və su ehtiyatlarının idarə edilməsi barədə fikir mübadiləsi aparılıb.

Əlavə olaraq, davamlı su resurslarının idarə olunması və ətraf mühitin qorunması sahəsində konkret əməkdaşlıq addımlarının müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

ƏvvəlkiAzərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlarımıza müraciət edib