İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib.
Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə yaddaş”, “Vergiödəyicisinin hüquq və vəzifələri”, “Vergi borclarının ödənilməsi”, “Dövlət büdcəsinə ödənilən torpaq vergisi”, “Sadələşdirilmiş vergi”, “Onlayn kassanın tətbiqi”, “Mədən vergisi”, “Mənfəət vergisi”, “Kommersiya qurumlarının dövlət qeydiyyatına alınması”, “Hüquqi şəxslərin əmlak vergisi”, “Fiziki şəxslərin uçotu”, “Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxslərin gəlir vergisi”, “Əlavə dəyər vergisi”, “Bələdiyyə vergiləri”, “Aksizlər” və “Daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirin vergiyə cəlb edilməsi” adlı bukletlərdə vergiödəyiciləri üçün zəruri məlumatlar barədə ətraflı izahat yer alır.
Bukletlərlə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edilə bilər: https://www.taxes.gov.az/az/page/vergilere-aid-nesrler