DTX-nin əməkdaşları Ulu Öndərin anım günü ilə bağlı Fəxri xiyabanı ziyarət ediblər

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı önünə əklil və gül dəstələri qoyublar.

DTX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

ƏvvəlkiPrezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
NövbətiYAP-ın növbədənkənar Prezident seçkilərində namizədi İlham Əliyev olacaq