“Dünya” Ana və Uşaqlar İctimai Birliyi Lerikdə ilk tədbirini keçirdi

“Dünya” Ana və Uşaqlar İctimai Birliyi sentyabr ayının 24-də Lerik rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirdi. Tədbirdə Lerik rayon İcra Hakimiyyəti Başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin sədri və layihə rəhbəri Dünyaxanım Əliyeva, layihənin eksperti Nəsimi Məmiyev, layihə rəhbərinin köməkçisi Taleh Əliyev və Lerik rayon ictimayətinin nümayyəndələri iştirak edirdilər.
Tədbirin aparıcısı Taleh Əliyev ilk sözü Lerik rayon İcra Hakimiyyətinin nümayəndəsi Arzu Vəliməmmədovaya verdi. Arzu xanım qonaqları salamladıqdan sonra bu tip tədbirlərin regonlarda keçirilməsinin əhəmiyyətindən danışaraq təşkilatçılara bir daha öz minnətdarlığını bildirdi. Daha sonra söz birliyin sədri və layihə rəhbəri Dünyaxanım Əliyevaya verildi. Dünyaxanım layihənin həyata keçrilməsinə maliyə dəstəyi verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, tədbirin təşkilinə dəstək verdiyi üçün Lerik rayon İcra Hakimiyyətinə və tədbirə qatılan bütün iştirakçılara öz minnətdarlığını bildirdikdən sonra təşkilat və layihə haqqında ümumi məlumat verdi. Daha sonra çıxış edən layihənin eksperti Nəsimi Məmiyev bildirdiki, uzun ömürlüyü və özünə xas xüsusiyyətləri ilə seçilən Azərbaycan ailəsi bu gün kənar təsirlərin nəticəsində deqradasiyaya uğrayır. Bu isə gələcəkdə dövlətimiz və millətimiz üçün ciddi problemlər yaşada bilər. Sağlam ailə, sağlam cəmiyyət deməkdir. Sağlam cəmiyyət isə güclü dövlət deməkdir. Biz gələcəkdə də dövlətimizi güclü, cəmiyyətimizi isə sağlam dəyərlər üzərində formalaşmasını istəyiriksə bu gün ki, Azərbaycan ailələrinə sahib çıxmalı, onları kənar təsirlərdən qoruyaraq uzun ömürlü ailə ənənələrimizə sahib çıxmalıyıq. Sonra təbir iştirakçıların təklif və sualları ilə davam etdirildi.

Xatırladaq ki, “Dünya” Ana və Uşaqlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində ailə institutunun qorunması, nigah münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə ən aktual problemlərin yaranmasının qarşısını vaxtında almaq üçün gənclər arasında maariflənmə işinin aparılması məqsədilə Astara, Lerik, Xaçmaz və Şabran rayonlarında yaşayan 100 (bir yüz) nəfər gənc və gənc ailə üzvünün iştirakı ilə təqdimat tədbirlərinin keçrilməsi nəzərdə tutulmuşdur.

Əvvəlkibolqar-mn
NövbətiMehirban Aliyev-Maria Elisabetta