“Azərbaycan Dəmir Yolları” QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın Turk.az-a verdiyi məlumata görə,Dünya Bankının CənubiQafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyinümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının Cənubi
Qafqaz üzrə regional direktoru Sebastian Molineusun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüş keçirilib.
İkitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid
Qurbanov son illərdə Azərbaycanın iri tranzit və logistik mərkəzə
çevrilməsi, dəmir yolunun modernləşdirilməsi, beynəlxalq və regional
nəqliyyat layihələrinin tam gücü ilə işləməsi üçün həyata keçirilən
irihəcmli işlər barədə qonağa ətraflı məlumat verib.
Sonra Dünya Bankı ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında
əməkdaşlıq perspektivləri və prioritetləri, “Şimal-Cənub” Beynəlxalq
Nəqliyyat Dəhlizinin bir hissəsi olan Ələt-Astara dəmir yolu xətti
sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsində Dünya
Bankının iştirakı, cari ilin 16-24 iyul tarixlərində DB-nin layihə ilə bağlı
ölkəmizdə olan faktaraşdırıcı missiyanın səfərinin nəticələri, “Azərbaycan
Dəmir Yolları” QSC-də İdarəetmənin təkmilləşdirilməsi, İnstitusional
islahatların aparılması və yüksək əməliyyat effektivliyinə nail olunması
istiqamətində həyata keçirilən instusional və struktur islahatları barədə
müzakirələr aparılıb.
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian
Molineus Azərbaycanda nəqliyyat-logistika imkanlarının genişləndirilməsi,
tranzit potensialının artırılması istiqamətində irihəcmli işlər görüldüyünü
bildirib, ikitərəfli əlaqələrin bundan sonra daha da artan xətt üzrə davam
etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə İcraçı Direktoru Verner
Qruber və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən
Naqvi iştirak edib.