Azərbaycanın daha bir boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
“Report”un məlumatına görə, 91 kq-dan yuxarı çəkidə mübarizə aparan Məhəmməd Abdullayev gürcüstanlı Nikoloz Beqadze ilə üz-üzə gəlib.
Rəqibi üzərində 5:0 hesablı qələbə qazanan milli komandanın üzvü adını yarımfinala yazdıraraq ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, 1/2 final döyüşləri mayın 12-də olacaq.