Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.
“Report”un məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib monteneqrolu Danilo Pantiç olub. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə qarşılaşacaq.