Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna final görüşü baş tutub.

“Report”un məlumatına görə, həlledici matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.

Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb.

Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün komanda qızıl medala yiyələnib.

Bununla da Azərbaycan yığması mötəbər turniri gümüş medalla başa vurub.

Yunan-Roma güləşi üzrə Dünya Kuboku
Final

Azərbaycan – İran – 5:5

55 kq
Eldəniz Əzizli – Poya Marz – 4:1

60 kq
Nihad Məmmədli – Mohsen Nejad – 4:5

63 kq
Taleh Məmmədov – İman Hüseyn Mohammedi – 0:8

67 kq
Həsrət Cəfərov – Danial Söhrabi – 5:1

72 kq
Ülvi Qənizadə – Mohammedeza Rustami – 4:3

77 kq
Sənan Süleymanov – Arif Həbibullahi – 7:1

82 kq
Rafiq Hüseynov – Mohammedhuseyn Mahmudi – 5:1

87 kq
Murad Əhmədiyev – Abulfəz Ali Çubani – 1:2

97 kq
Arif Niftullayev – Mehdi Balihamzede – 2:5

130 kq
Beka Kandelaki – Aliakbar Yusifahmedcali – 3:6

ƏvvəlkiVarşavada “Şuşa İli”nə və Zəfər Gününə həsr edilmiş konsert olub
NövbətiTanzaniyada təyyarə qəzasında 19 nəfər ölüb