Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş növbəti seminar keçirilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Dünyada ortaq türk mirası” adlı seminarda qədim Türk-islam abidələrindən, eləcə də Monqolustanda yerləşən Göytürk abidələri haqqında danışılıb.
Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlillinin moderatorluğu ilə keçirilən “Orta əsr Ağsu şəhəri” seminarda Gürcüstandan “Salam” platformasının rəhbəri Elnur Əlisoy, Monqolustan Elm və Texnologiya İqtisad Universitetinin əməkdaşı Adil Yılmaz məruzələrlə çıxış ediblər. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.