Bu həftə erməni tərəfinin diplomatik hücumları ilə başladı. Onsuz da cəbhə bölgəsində işğalçı tərəfin atəşkəsi pozması fonunda ermənilərin daimi diplomatik həmlələrinə öyrəşmişik. Ordumuz cəbhə bölgəsində düşmənin təxribatlarına tutarlı cavab verir. Amma düşmənin daimi diplomatik hücumları strategiyasına qarşı tutarlı cavabı, önləyici tədbirlər strategiyasını bizim XİN-dən hələki sezməmişik.
Lakin düşmənin bu dəfəki diplomatik hücumu bütün çərçivələri keçdi.
ERMƏNİ DIĞASI ŞANTAJ SƏVİYYƏSİNİ ARTIRDI
Qarabağ məsələsinin mərhələli nizamlanma planı mümkündür, lakin bu, münaqişənin bütün tərəflərinin mütənasib kompromislərini təmin etməlidir. Bunu “ermənistan” adlı Rusiyanın hərbi bazasının “xarici işlər naziri” Zöhrab Mnatsakanyan bazar ertəsi parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib.
“Əgər kimsə güman edir ki, mərhələli plan öhdəliklər nisbətinin pozulması ilə mümkündür, o zaman deməliyəm ki, bu plan işləməyəcək. Vaxtilə həmkarlarımızdan biri demişdi ki, erməni tərəfi mərhələli plana razıdır: ilk mərhələdə status məsələsi həll olunur, sonra qalanları”, – Mnatsakanyan deyib.
Onun sözlərinə görə, tərəflərin öhdəliklərinin tarazlaşdırılacağı bir plan tərtib etmək vacibdir. “Tərəflərdən birinin öz mövqelərini zəiflətməsini, digərinin qoruyub saxlamasını nəzərdə tutan qərar qeyri-mümkündür”.
Mnatsakanyan qərarın mərhələli və ya paketli olmasının “ermənistan” üçün heç bir əhəmiyyəti olmaması barədə fikirlə razıdır. Əsas odur ki, nizamlanma planının icrasında tərəflərin balansı saxlanılsın.
Ötən həftə Mnatsakanyan daha konkret danışaraq bildirib ki, “ermənistan” tərəfi Qarabağın statusu və təhlükəsizliyi məsələsində güzəştə getməyəcək. Bu o deməkdir ki, Qarabağ Azərbaycanın tərkibində olmayacaq və erməni qoşunları Qarabağı tərk etməyəcəklər.
İndi Mnatsakanyan birbaşa rayonlar haqda danışmayıb, amma deyib ki, “ermənistan” Qarabağa dair “birtərfəli güzəştlərə” getməyəcək. “Heç kim Ermənistandan güzəştləri nəzərdə tutan və bizim milli təhlükəsizliyimizə xələl gətirə bilən addımlar gözləyə bilməz”,-o Rusiyaya eyhamla bildirib.
Mnatsakanyana görə Qarabağ mövzusunun daxili siyasət mövzusu kimi müzakirə olunması qaçılmazdır. Habelə o, Lavrovun bəyanatına əlavə şərh vermək istəmədiyini, artıq Rusiya və “eErmənistan” XİN mətbuat katiblərinin məsələ ilə bağlı şərhlərlə çıxış etdiyini də deyib.
“Hesab edirəm ki, bu planda bizə nəsə əlavə etmək qalmır. Daha dərin “qazmağın” mənası yoxdur. Qarabağın təhlükəsliyi erməni tərəfi üçün prioritetdir. Ən önəmli vəzifə ekzistensial (mövcudluq mənasında) təhlükəsizlikdir. 2016-cı ilin apreli bir daha təkrar olmayacaq, 1991-1994 də olmayacaq”,-Mnatsakanyan bildirib.
Əslində bu şantajdır. Ermənilərin strategiyası aydındır. Onlar özlərini elə göstərirlər ki, heç bir güzəştə getmək fikirləri yoxdur. Lakin əsas məqsədləri budur ki, rəsmi Bakını “konfederativ Azərbaycan” projesinə razı salsınlar. Yəni, faktiki “Arsax və Azərbaycan respublikalarının konfederasiyası” planı ermənilərin ürəyincədir. Çünki bu plan reallaşsa, Azərbaycanı separatçı hərəkatlar bürüyəcək.
Göründüyü kimi ermənilər diplomatik sahədə aşağı səviyyəli də olsa, amma fəal siyasi oyun aparırlar və Azərbaycan XİN-indən fərqli, nə Minsk qrupunu, nə beynəlxalq qanunları saya almırlar.
ABŞ DA RUSİYADAN ERMƏNİPƏRƏSTLİKDƏ GERİ QALMIR
ABŞ-ın Minnesota ştatının senatı Azərbaycan Respublikasının işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin “müstəqilliyi”ni tanıyıb.
Moderator.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, müvafiq qərar mayın 2-də senatın qanunvericilik aktlarının saytında dərc edilib. Beləliklə, Minnesota ABŞ-ın qondarma rejimin “müstəqilliyini” tanıyan 10-cu ştatı oldu.
Qətnamədə erməni rejimininin “müstəqilliyi” tanınmaqla “azad və müstəqil” bir “dövlət”in yaradılması cəhdlərinə dəstək ifadə olunur. Ştat, həmçinin, prezident və Konqresi Qarabağdakı ermənilərin öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu dəstəkləməyə çağırır. Eyni zamanda mayın 5-i ştatda separatçı erməni rejiminin tanınması və ermənilərin, eləcədə “Artsax xalqı”nın Minnesotanın inkişafına verdiyi töhfə günü kimi qeyd edilməsi təklif olunur.
ERMƏNİLƏR RUSİYADAN AYRILMAQ İSTƏYİR?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Dağlıq Qarabağ münaqişəsinin həllində yaranmış yeni şəraitlə bağlı Moderator.az-a verdiyi müsahibədə maraqlı məqamlara toxunub.
T.Zülfüqarov suallara cavab verərkən bildirib ki, bu və digər şəkildə Paşinyan da hərbi əməliyyatların bərpasını istəyir. “Çünki Qərb tərəfindən onun qarşısında Rusiyadan uzaqlaşmaq barədə qoyulan şərtə görə, o anlayır ki, bunu reallaşdırmaq üçün hansısa hərbi əməliyyatlardan sonra Rusiyanı ittiham etməlidir ki, artıq onlar bizə kömək etmirlər və s. Mən də buna görə Qərbə doğru üz tutacam. Bu baxımdan o, ölkənin daxilindən gələn təzyiqi də zərərsizləşdirə bilər və Qərbin real dəstəyini qazana bilər. Ermənilər bir xalq olaraq başa düşürlər ki, Rusiyadan indiyədək onlara lazım olanı alıblar. Artıq indiki mərhələdə Rusiya onlara bundan artıq nəsə verə bilməz. Rusiya indiyədək onların təhlüksəizliyinə, işğalçı siyasətinə dəstək verirdi. Ancaq indi bu yetərli deyil ki, Ermənistan bir dövlət olaraq inkişaf etsin. İndiki mərhələdə bunun üçün onlara investisiyalar, yeni texnologiyalar, yeni iqtisadi əlaqələr lazımdır ki, bunu da Qərblə edə bilərlər… Bütün bunları da həyata keçirmək üçün müharibə təhlükəsi real görünür.” – deyə T.Zülfüqarov bildirib.
Ola bilsin ki, indiki durumda Rusiya və ABŞ “ermənistanı” bölüşdürüblər. Tarixi İrəvan xanlığının ərazisində həm Rusiya hərbi bazası, sərhəd xidməti, kəşfiyyatı, Rusiyanın mülkü olan obyektlər, eyni zamanda ABŞ-ın MDB ölkələri içində ən çoxsaylı diplomatik və kəşfiyyat korpusu, bioloji laboratoriyaları vardır. Əgər sabah ermənilər küçələri tökülüb Rusiyanın tərkibindən çıxmaq şüarlarını qaldırsalar, Moskva onları cəzalandırmaq üçün iki tutarlı vasitəyə malikdir: 1) Rusiya ilə sıx bağlı olan milyarder erməni maqnatlarından tutmuş dilənçilərədək erməni kütləsi, 2) Qarabağda Azərbaycan Ordusunun mümkün anti-terror əməliyyatlarına neytral münasibət. Lakin hələlik “ermənistan” adlı qondarma qurum üzrə ABŞ və Rusiya arasında siyasi-hərbi paritet atmosferi hökm sürür.
AZƏRBAYCAN TƏRƏFİNİN CAVABI NECƏ OLMALIDIR
Biz millətçilərin fikrincə, Azərbaycan tərəfi artıq işğal olunmuş torpaqlarımızın problem ilə bağlı danışıqlarda “tərs üzünü” göstərməlidir. İlk növbədə cəbhədə işğalçıların səngərlərini hər gün erməni əsgərlərinin meyitləri ilə doldurmalıdır. Bunun üçün uzaq hədəfləri vuran mərmi və raket artilleriyasından, pilotlu və pilotsuz hərbi hava qüvvələrindən istifadə etmək olar. Sözsüz ki, Moskva, Vaşinqton və Paris rəsmi Bakıya “göz ağardıb” atəşkəsi dayandırmağı tələb edəcək. Dayandıraq. Sonra isə, “Minsk qrupu” adlı turist qrupu Azərbaycana səfər edəndə onu 10-cu dərəcəli məmur səviyyəsində qəbul edərək mesajlar göndərmək lazımdır. Mesajlar da bundan ibarət olacaq ki, birincisi, əgər ABŞ-ın hər hansı ştatı erməni separatçı qurumunu tanıyırsa, onda Minsk qrupunun münaqişədə obyektiv mövqe tutmasına etibar ola bilməz. İkincisi, erməni tərəfinə heç bir muxtar hüquq vəd etmirik və sadəcə erməni qoşunları Azərbaycan ərazisindən çıxmalıdır. Üçüncüsü, danışıqlar üçün ilkin şərtlər tam dəyişir: erməni tərəfi “ermənistan” ərazisindən qovulmuş azərbaycanlılara və onların varislərinə, həmçinin, torpaqların işğalı nəticəsində Azərbaycan tərəfinə dəyən milyardlarla dollarlıq ziyan müqabilində kompensasiyanı ödəməlidir. Dördüncüsü, hər hansı bir dünya dövlətinin işğal edilmiş Azərbaycan torpaqlarındakı işğalçı rejimi “müstəqil dövlət” kimi tanıması diplomatik danışıqların sonu olacaq.
Digər tərəfdən, Azərbaycanın Aprel-2016 kimi kiçik miqyaslı əməliyyatlarının intensivləşməsi “ermənistan” ərazisində ABŞ-Rusiya balansını pozacaqdır. Yəni, bizim Ordumuzun daimi və qısa fasilələrlə durmadan kiçik uğurları həm erməni sürüsü içində sabitliyi sonu görünməyən siyasi terror müharibəsinə çevirəcək, həm də “ermənistan” üzrə ABŞ-la Rusiya arasında mövcud hərbi-siyasi balansın ciddi qarşıdurma ilə əvəz olunmasına gətirib çıxaracaq.
Biz Rusiya ilə ABŞ arasında Cənubi Qafqaz uğrunda qarşıdurmanın alovlanmasının katalizatoru olmalıyıq. Əks təqdirdə xristian forpostu olan “ermənistandakı” dığaların nazı ilə oynayan Rusiya və ABŞ sonda “arsax”ın tanınması və Azərbaycanın xəritədən silinməsi barədə razılığa gələcəklər. Artıq proseslər buna doğru gedir. Bunun qarşısını almaq lazımdır…
Qarxunlu