Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 7-si saat 00:00-dan aprelin 8-i saat 00:00-dək olan müddət ərzində yol polisi əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.