Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni region üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar Quba – Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair sorğu və şikayətlərinə 146-0-7 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.