İnformasiya sistemləri ölkəmizin ən kritik sahəsinə çevrilib. Ötən 20 il ərzində Azərbaycanda informasiya texnologiyaları sahəsində mühüm addımlar atılıb.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Rəqəmli media ilə iş sektorunun müdiri Elmir Vəlizadə Dövlət Qurumlarının İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısında bildirib. E.Vəlizadə əlavə edib ki, Azərbaycanın kibernetika sahəsi beynəlxalq standartlara beynəlxalq təcrübələrdən yararlanaraq öz töhfəsini verib. Onun sözlərinə görə, Prezident İlham Əliyev 2003-cü ildə Cenevrədə keçirilən informasiya təhlükəsizliyi üzrə dünya sammitində iştirak zamanı çıxışında İKT-nin önəmli sahə olduğunu bildirmişdi: “Bu gün kibernetika sahəsində böyük addımlar atılıb”.
Administrasiya rəsmisi bildirib ki, artıq ölkədə informasiya texnologiyalarına əsaslanan dövlət qurumları mövcuddur: “Elektron xidmətlər gündəlik fəaliyyətimizin bir hissəsinə çevrilib”.