ELŞƏN GƏNCƏVİ SEÇİCİLƏRƏ MÜRACİƏT ETDİ

9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) seçicilərə müraciət edib.

M Ü R A C İ Ə T

Əziz həmvətənlər!

Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı özünün ən mühüm tarixi dəyişiklik dövrünə qədəm qoyur. Bu tarixi dəyişiklik həm müasir dünyanın, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bizə miras qoyduğu müstəqilliyin tələbidir.

Tələb isə aydındır – davamlı inkişaf! Azərbaycanımızın inkişafında iştirakçı olmaq!

Hörmətli CƏBRAYIL-QUBADLI seçki dairəsinin vətəndaşları!

Mən sizlərdən biriyəm!

Mən, Cəbrayıl rayonunun Süleymanlı kəndindən ailəmlə birlikdə məcburi köçkün olmuşam. Ancaq, bu məni heç vaxt durdurmayıb. Hər zaman inanmışam ki, qələbənin bir yolu var – güclü olmaq, inanmaq, daim öz üzərində çalışmaq!

Məcburi köçkün olmağım mənə ali təhsil almağa, təhsilimi xaricdə davam etdirməyə, öz işimi qurmağa, uğurlu olmağa daim güc verib.

“Şəraiti olanlardan daha çox çalışmalıyam!” – Həyat şüarım, güc mənbəyim olub.

Hazırda isə sizin qarşınızdayam. Sizi dinləmək, səsinizi çatdırmaq və sizə də qələbələr qazanmağa dəstək olmaq istəyirəm.

Məqsədim – vətəndaşlarımızı inkişaf etdirməklə vətənimə töhfə verməkdir! Azərbaycanımızın tarix yazmasıdır!

Tarix yazmaq üçün inkişaf etməliyik!

Mən, Nəcəfov Elşən Hökümət oğlu – Sizin hər birinizi, birlikdə inkişaf yolunda sərnişin olmağa dəvət edirəm!

Sizin hər birinizi tarix yazmağa dəvət edirəm!

SƏSİMİZ TARİXDİR!

Səmimiyyətlə,

Elşən Gəncəvi

(Nəcəfov Elşən Hökumət oğlu)

Yenigundem.az

Əvvəlkiİmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib
NövbətiBeynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (BTNM) üzrə konteyner daşımaları rekord dərəcədə artıb