9 fevral 2020-ci il tarixində keçiriləcək 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir.
Yenigundem.az xəbər verir ki, təbliğat-təşviqat zamanı paytaxt Bakı və digər regionlarda yaşayan 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin vətəndaşları ilə fərdi qaydada, mobil qruplarla və qapı-qapı görüşlər keçirilib.
Görüşlər zamanı seçicilərin seçkidən sonra onların vətəndaş maraqlarını müdafiə edənin yanında olması üçün fəallıq nümayiş etdirmələrinin vacib olduğu vurğulanıb. Seçicilər namizədin öz seçiciləri ilə fərdi qaydada görüşərək, onların fikirləri ilə yaxından maraqlanmasını yüksək qiymətləndiriblər.
Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, “PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, “Oxu-magiya” kitabının yazarı, “AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, “PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.
Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.
Yenigundem.az