Beynəlxalq “Emmi” mükafatının qalibləri məlum olub.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Dane Lars Mikkelsen”Allahın yolları” serialındakı roluna görə “Ən yaxşı aktyor”, Anna Schudt”Soyuqdəymə kifayət idi” serialına görə “Ən yaxşı aktrisa” mükafatının qalibi elan ediliblər.
İlin “Ən yaxşı dram serialı” mükafatına İspaniya serialı “Kağız Ev”, “Ən yaxşı komediya” mükafatına isə “Nevsu” filmi layiq görülüb.
BBC-də yayımlanan və Suriya müharibəsindən bəhs edən “Əlvida Hələb” “Ən yaxşı sənədli film” mükafatını qazanıb.
“Narıncı köynəkli kişi” isə “İlin ən yaxşı mini serialı” seçilib.
Qeyd edək ki, “Emmi” mükafatı 1949-cu ildən təqdim edilir və “Oskar”ın televiziya ekvivalenti hesab edilir.