Energetika Nazirliyi yanında ictimai şura 2024-cü ildə fəaliyyəti barədə hesabat paylaşmışdır

Energetika Nazirliyi yanında ictimai şura 2024-cü ildə fəaliyyəti barədə hesabat paylaşmışdır.

31 oktyabr və 6 noyabr 2023 –cü il tarixlərində Energetika Nazirliyi yanında İctimai Şuraya keçirilən təkrar seçkilər zamanı 7 nəfərdən ibarət tərkib seçilib. Noyabrın 22-də İctimai Şuranın ilk iclası keçirilib. İclasda Şuranın fəaliyyətinin təşkilinə dair məsələlər müzakirə edilib, şuraya rəhbərlik edəcək şəxslərin seçilməsi ilə bağlı səsvermə keçirilib. Şuraya “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Şaban Nəsirov sədr, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva sədr müavini, “Ulduz” informasiya – kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə” İctimai Birliyinin sədri Samir Həsənov isə katib seçilib. Yanvarın 18-də keçirilən növbəti iclas zamanı 2024-cü il üçün fəaliyyət planı, İctimai Şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib.

Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda tədbir

2024-cü ilin aprelin 3-də Bakı şəhəri, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda tədbir. Tədbirdə İctimai Şura üzvlərinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resurslara qənaət, ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması barədə çıxışları dinlənilib, İctimai Şuranın yaşıl enerji sahəsinin inkişafı üzrə apardığı təbliğat və maarifləndirmə işləri diqqətə çatdırılıb. Keçirilib. Şuranın sədri Şaban Nəsirov şagirdlərin gələcəkdə ixtisas seçimi zamanı yaşıl enerji və enerji səmərəliliyi kimi istiqamətləri də nəzərdən keçirmələrinin sahənin dayanıqlı inkişafına töhfə verə biləcəyinə diqqət çəkib.

Aprelin 22-də Energetika Nazirliyinin təşəbbüsü və Masdar şirkətinin dəstəyi ilə Nazirlik yanında İctimai Şura üzvləri 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına səfər ediblər. Şura üzvləri müasir elektrik enerjisi istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar, onlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesi, yaşıl enerji istehsalı göstəriciləri, həmçinin digər texniki, iqtisadi, ekoloji və sosial aspektlər barədə geniş məlumat verilib.

20 mart tarixində İctimai Şura üzləri ilə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbərliyi arasında görüş təşkil edilib. İyunun 6-da  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professor-müəllim heyəti ilə Energetika Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi keçirilib. Görüş iştirakçıları Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası (COP29) və universitetlərin tədbirdə rolu barədə geniş müzakirələr aparıblar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İctimai Şura üzvləri ilə birgə seminar

Oktyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İctimai Şura üzvləri ilə birgə seminar keçirilib.

27 sentyabr tarixində İctimai Şuranın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ADPU-nun Heydər Əliyev Mərkəzində tələbələrlə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda tədbir keçirilib. İctimai Şuranın katibi Samir Həsənov tələbələrə bərpa olunan enerji mənbələri barədə təqdimatı nümayiş etdirdi.Təqdimatda bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı, su və enerji kimi resusrlara qənaət barədə məlumatlar əks olunub.

İctimai Şuranın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ADPU-nun Heydər Əliyev Mərkəzində tələbələrlə “Gənc nəslin bərpa olunan enerji mənbələri haqqında maarifləndirilməsi” mövzusunda tədbir

Oktyabrın 29-da Energetika Nazirliyinin və Masdar şirkətinin dəstəyi, İctimai Şuranın təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına tələbələrin səfəri təşkil edilib. COP29 tədbiri ərəfəsində həm tələbələrin nəzəri biliklərini praktiki təcrübə ilə əlaqələndirmək, həm də bərpa olunan enerjinin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində üstünlüklərini təbliğ etmək məqsədi daşıyan səfərdə Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak edib. Səfər çərçivəsində iştirakçılar günəş elektrik stansiyasının fəaliyyəti ilə yaxından tanış olublar və onlara stansiyanın tikintisi, istismarı və şəbəkəyə inteqrasiyası prosesləri barədə ətraflı məlumat verilib. İctimai Şura üzvləri COP29 tədbirlərində də yaxından iştirak ediblər. Şuranın üzvü kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov panel müzakirələrində təqdimatla çıxış edib.

Energetika Nazirliyinin və Masdar şirkətinin dəstəyi, İctimai Şuranın təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasına tələbələrin səfəri

Hesabatı pdf formatında buradan yükləmək mümkündür.

 

ƏvvəlkiAzərbaycan Hindistan bazarında mövqeyini gücləndirir
Növbəti“İnterAz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub