Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləməsi Agentliyi (AERA) 2021-ciil üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Caspian Consulting and Partners” MMC-dir.
Qalib şirkətə 5 min manat ödəniləcək.
Xatırladaq ki, AERA ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, publik hüquqi şəxsdir. Qurum 2018-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Onun Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Yevlax, Şəki, Tovuz, Xaçmaz, Kürdəmir və İmişlidə yerləşən 11 regional filialı fəaliyyət göstərir.