Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini parlamentə göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədini Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərib.

“Report” “Star”a istinadən xəbər verir ki, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası sənədi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin İsveçin müraciəti hələ də müsbət nəticələnməyib.

ƏvvəlkiBaş prokuror Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak edib
NövbətiDiaspor nümayəndələrinin Şuşaya 11-ci səfəri gerçəkləşib