Ötən gün Soçidə Rusiya lideri Vladimir Putinlə aparılan danışıqlar məhsuldar olub və bütün dünyada yüksək qiymətləndirilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfərinin nəticələrinin müzakirə olunduğu Türkiyə Nazirlər Kabinetinin dörd saatlıq iclasından sonra deyib.
“Soçidə Putinlə hərtərəfli və çox məhsuldar görüşümüz oldu. Hesab edirəm ki, taxıl dəhlizi və bir çox humanitar mövzuların müzakirə olunduğu bu görüş dünya tərəfindən yüksək qiymətləndirilib”, – dövlət başçısı bildirib.