Ermənistan üçtərəfli bəyanatı imzalamaqla təkcə ərazi itirmədi, həm də üzərinə 50 milyard dollardan çox təzminat ödəmək öhdəliyi qoyuldu.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın sabiq baş prokuroru Gevork Kostanyanın bəyanatında deyilir.
O bildirib ki, bu təzminatı gələcək nəsillər də ödəməli olacaq:
“Əgər biz vaxtında hüquqi cavab verə bilməsək, Nikol Paşinyanın imzaladığı biabırçı sənəd bizim üçün və gələcək nəsillərimiz üçün ciddi maliyyə problemlərinə gətirib çıxaracaq”.