Ötən il Ermənistanda dövlət məmurlarının yol verdikləri dələduzluq hallarına görə 189 material araşdırılıb ki, bu da 2017-ci illə müqayisədə 23,6 dəfə çoxdur.
“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun 2018-ci ildə korrupsiyaya qarşı mübarizə üzrə illik hesabatında bildirilib.
Rəsmi şəxslərlə bağlı cinayət işləri daha çox dələduzluq faktları üzrə açılıb. Ötən il Ermənistanın dövlət məmurlarının dələduzluğuna dair 145cinayət işi başlanıb. Bu da 2017-ci illə müqayisədə 29 dəfə çoxdur. Bəhs edilən cinayət işi ilə əlaqədar 2018-ci ildə 63 nəfər qarşı 206 cinayət işi başlanılıb ki, bu 2017-ci illə müqayisədə 3,5 dəfə çoxdur.
Dələduzluq cinayətləri üzrə 13 rəsmi şəxsin işi məhkəməyə göndərilib. Bu isə bir il əvvəllə müqayisədən 85,7 faiz çoxdur.
2018-ci ildə xidməti vəzifəsindən sui-istifadə edərək dövlət əmlakının mənimsənilməsi üzrə 447 material hazırlanıb. 2017-ci ildə isə bu rəqəm 377 olub.
Dövlət əmlakının mənimsənilməsi işi üzrə 487 cinayət işi araşdırılıb, 171 nəfər cinayət məsuliyətinə cəlb edilib. Bu göstərici 2017-ci illə müqayisədə 2 dəfə çoxdur.
2017-ci ildə səlahiyyət həddinin aşma maddəsi üzrə 67 cinayət işi başlanılıb. Ötən il isə bu rəqəm 164 material olub. 2018-ci ildə 3 iş bu ittiham üzrə məhkəməyə göndərilib, amma 2017-ci ildə bir iş belə bu ittiham üzrə məhkəməyə təqdim edilməyib.
Baş Prokurorluq bildirib ki, 2017-ci ilə müqayisədə korrupsiya üzrə cinayət işlərinin sayı 2018-ci ildə 3,6 dəfə artıb. Nəticədə dövlətə 9,4 milyon dollar ziyan vurulub.
Rüşvətxorluq və bu cinayətdə vasitəçilik üzrə 2018-ci ildə 197 cinayət işi başlanılıb, bir il əvvəl isə bu rəqəm 63olub. Bu iş üzrə ötən il 153 cinayət işi başlanıb, 2017 ildə isə bu 57 iş təşkil edib. Ötən hesabat ilində oxşar cinayətlər üzrə 282 iş (2017-c ildə 148) araşdırılıb.
Ötən il Ermənistan Polisinin 17, Dövlət Gəlir Komitəsinin 14, İstintaq Komitəsinin 10, Milli Təhlükəsizlik Xidməti və Ermənistan Silahlı Qüvvələrinin 4, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin 15, səhiyyə sahəsinin 14, təhsil sahəsinin 35, Sosial Təminat Nazirliyinin 56, yerli özünüidarəetmə orqanlarının 73, Müdafiə Nazirliyinin 131əməkdaşı həbs olunub.