Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan istefa verib.
Trend-in məlumatına görə, bununla bağlı A.Ovannisyan öz “Facebook” səhifəsində yazıb.
O, mövcud vəziyyətə görə təəssüfləndiyini qeyd edib. Bildirib ki, ölkə ictimaiyyətinə açıqladığı bütün xəbərlər Ermənistan silahlı qüvvələrinin baş qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edilən məlumatlara əsaslanıb.
A.Ovannisyan elmi sahədə çalışacağını və siyasətlə məşğul olmayacağını, həyatını gənc nəslin təhsili və tərbiyəsinə həsr edəcəyini deyib.