Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan aprelin 29-dan Yerevanda etiraz aksiyalarına yenidən start veriləcəyini bəyan edib.
Türk.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan mitinqin daha irimiqyaslı olacağına əminliyini bildirib.
Qeyd edək ki, Paşinyan paytaxt Yerevanda etiraz aksiyalarına ikigünlük (27-28 aprel) fasilə verərək, Gümrü və Vanadzor da daxil olmaqla ölkənin bir neçə bölgəsinə səfər edib.