Ermənistan ordusunun əsgərləri qar uçqunu altında qalıblar

Ermənistan ordusunun əsgərləri qar uçqunu altında qalıblar.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, yanvarın 7-də saat 17:02 radələrində Zəngəzur vilayətində (Syunik) Ermənistan silahlı qüvvələrinin hərbi hissələrinin birində 4 nəfər müqaviləli əsgər qar uçqunu altında qalıblar. Axtarışlar zamanı onlardan üçünün meyiti tapılıb, biri isə müxtəlif bədən xəsarətləri alıb. Ölənlər sıravi əsgər Karapet Nazaryan, kiçik serjantlar Tiqran Arzumanyan və Nvre Çahbazyandır. Sağ qalan isə sıravi əsgər Hamlet Mirzoyandır.

ƏvvəlkiDİN BU NAMİZƏDLƏ BAĞLI ARAŞDIRMA APARACAQ – Rəsmi + VİDEO
NövbətiMərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərin ilkin nəticələrini açıqlayıb