Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

ƏvvəlkiTürkman vətəndaş cəmiyyəti təmsilçiləri ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyində görüş keçirilib
NövbətiQazaxıstanda ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub