Ermənistan vətəndaşları Avropa İttifaqına üzv ölkələrdən kütləvi şəkildə deportasiya olunur.
“Report” “168 jam”a istinadən xəbər verir ki, sentyabrın 5-də Almaniyadan Ermənistanın 40-dan çox vətəndaşı çarter reyslə çıxarılıb.
Bildirilib ki, bu, cari ildə ikinci çarter reysidir.
Ermənistan vətəndaşlarının kütləvi deportasiyasına səbəb olaraq, 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyi göstərilir.