Ermənistan xüsusi xidmət orqanları təxribat-pozuculuq fəaliyyətlərini davam etdirirlər

Son zamanlar Ermənistanın qoşunların təmas xəttində və dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirməsi ilə paralel olaraq düşmənin sosial şəbəkələrdə də təxribatçılıq fəaliyyətini gücləndirdiyi müşahidə edilir.

AZƏRTAC xəbər verir ki, ermənilərin feyk məlumatları yaymaq üçün sosial şəbəkələrdə istifadə etdikləri saxta profillərdə Azərbaycan əleyhinə əsassız və təxribat xarakterli informasiyalar yer alır. Belə ki, “etha15.com” adlı resurs guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə yerləşdirilməsi barədə saxta xəbər yayıb. Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə olunan “asekose.am” adlı resursda da guya suriyalı türkmənlərin Ermənistan-Azərbaycan münaqişə bölgəsinə yerləşdirilməsi barədə təxribat xarakterli informasiya yerləşdirilib.

Düşmən tərəfinin Azərbaycana qarşı istər sosial şəbəkələrdə, istərsə də mənşəyi bəlli olmayan xarici KİV-lərdə yalan, çaşdırıcı məlumatlar paylaşılması mütəmadi qaydada davam etdirilir.

Hazırkı həssas dövrdə Azərbaycan vətəndaşlarının sosial şəbəkələrdə daha diqqətli olması məqsədilə təxribat xarakterli belə məlumatlar yayan səhifələrdən və KİV-lərdən bir neçəsinin fotolarını təqdim edirik.

ƏvvəlkiProkurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb
NövbətiNaxçıvanda mühəndis ixtisaslı manqa komandirləri ilə təlim-metodiki toplantı keçirilib