Etimad İsmayılov Türkiyədə qətlə yetirildi

Azərbaycanlı iş adamı Etimad İsmayılov İstanbulda silahlı basqına məruz qalıb.

Türk.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şübhəli isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu və birinci müavini, eləcədə aparıcı Sevil Nuriyevanın həyat yoldaşıdır. Gözəl Dəmirov isə 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

Əvvəlki“SOCAR-GPC” layihəsinin xərclər smetası müqaviləsi üzrə hazırlıqlar yekunlaşmaqdadır
Növbəti20 sentyabr Azərbaycanda Neftçilər günüdür