“EuroHome”nin direktoru məhkəmə zalında həbs edilib

“EuroHome” tikinti materialları bazarının direktoru Samir Məmmədov və Amil Salmanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report”un xəbərinə görə, Binəqədi Rayon Məhkəməsinin hakimi Aygül Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan edilib ki, S.Məmmədovun barəsində olan polis nəzarətində qətimkan tədbiri seçilib.

Daha sonra məhkəmə onun barəsində olan polis nəzarətində qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəzləyib və S.Məmmədov məhkəmə zalında həbs edilib.

Məhkəmənin baxış iclası mayın 6-na təyin olunub.

Qeyd edək ki, “EuroHome” MMC-nin direktoru S.Məmmədov və Amil Salmanovun barəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham irəli sürülüb.

ƏvvəlkiPrezident: “Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək”
NövbətiVətən müharibəsində itkin düşən hərbi qulluqçumuzun nəşi tapıldı