Qanunvericiliyə görə, seçkilərlə bağlı “Exit-poll” keçirmək istəyən təşkilatlar səsverməyə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, MSK-ya artıq bununla bağlı müraciətlər daxil olub. “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini MSK-ya tam olaraq təqdim edən təşkilatların məlumatları KİV-lərə göndəriləcək”, – deyə R.Qasımov bildirib.