Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayır, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə gedir.
“Report” xəbər verir ki, bunu Avrasiya İnteqrasiya İnstitutunun keçirdiyi “Exit-poll”un məlumatları sübut edir.
Qeyd olunub ki, Qazaxıstan “Xalq” Partiyası 6,25%, “Ak Jol” (“İşıqlı yol”) Demokratik Partiyası – 7,87%, “Aul” (“Kənd”) partiyası – 10,52%, sahibkarlar qrupunun yaratdığı “Respublika” partiyası 8,9% səs toplayıb.
Həmçinin ilk dəfə olaraq müxalifətdə olan “Milli Sosial Demokrat” Partiyası 5,31% səslə parlamentə daxil ola bilər. Qazaxıstanın Yaşıllar Partiyası “Baytak” 3,22% səs toplayaraq tələb olunan 5%-lik baryeri keçə bilmir. Sorğuda 30 min adam iştirak edib.