“EYOF 2019”: Azərbaycanın aktivinə ikinci qızıl medalı sərbəst güləşçimiz Murad Haqverdiyev yazdırıb

İyulun 21-də Azərbaycanın sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) XV Avropa Gənclər Olimpiya Festivalında ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş yarışlarının finalında Gürcüstan təmsilçisi Nikolozi Santeladzeni 11:4 hesabı ilə məğlub edən pəhləvanımız ölkəmizə ikinci qızıl medalı qazandırıb.

İdmançımız finala gedən yolda rusiyalı Eldar Asakayevi, belaruslu Mikita Berazunu, türkiyəli Bahri Soyleri, polşalı Fabian Niedziedzkini məğlub edib.

ƏvvəlkiAQTA Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən limonad sexi aşkarlayıb
NövbətiGürcüstanda sərnişin mikroavtobusu qəzaya düşüb, ölən və yaralananlar var