Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazilriyindən bildirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Cəfərov mədəniyyət nazirinə müavin təyin edilib.
Qeyd edək ki, o bu sərəncama qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.