ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.
“Report” xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.
Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.
Qeyd edək ki, FED dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.