Fövqəladə Hallar Nazirliyi (FHN) ilə “Bakı Metropoliteni” QSC metronun “8 Noyabr” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda noyabrın 24-də gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.