Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında 3 ha sahədə kol-kos və ayrı-ayrı yerlərdə müxtəlif növ meyvə ağacları yanıb.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.