Fidan: Ərdoğan və Tramp qısa zamanda görüşəcəklər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla görüşü liderlərin öz iradələrini bəyan etdikləri məsələdir.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Hazırda Ərdoğan və Tramp görüşünün nə vaxt və harada olacağını müzakirə edirik. Bu, mümkün qədər tez baş verəcək”, – Fidan əlavə edib.

“Tramp Prezidentimizə hörmətlə yanaşır. Prezidentimizin də ona münasibəti müsbətdir”, – Fidan vurğulayıb.

ƏvvəlkiTramp Çinə ticarət rüsumlarını 125 %-ə qaldırıb
NövbətiLeyla Əliyeva və Arzu Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçıları ilə görüşüblər