Əgər kimsə mənə Allahın varlığını sübut etsə, istefaya gedəcəyəm.
Türk.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Filippin Prezidenti Rodriqo Duterte deyib.
“Əgər kimsə mənə insanın Allahla danışdığı və onu gördüyü fotonu dəlil olaraq göstərsə, bu, yetərli olacaq. Lakin hər bir halda hansısa ali qüvvə mövcuddur və o, kosmosda nizamı qoruyur”, – Duterte bildirib.
Qeyd edək ki, Duterte keçən həftə Allahı təhqir edən ifadələri ilə bütün ölkəni şoka salıb.