Filippinin paytaxtı Maniladakı “Ninoy Akuino” beynəlxalq hava limanında “Lion Air” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.
“Report” “Manila Bulletin”ə istinadən xəbər verir ki, bu barədə hava limanının rəhbərliyi bildirib.
Qeyd olunub ki, ölkənin Səhiyyə Departamentinin kirayələdiyi təyyarə Tokioya yeni koronavirusa qarşı dava-dərman daşımaq üçün yola düşərkən uçuş zolağında aşaraq qəzaya uğrayıb. Təyyarədə iki pilot, bir kabinə heyəti, bir xəstə, bir xəstə baxıcısı, bir tibb bacısı, bir həkim, bir də uçuş tibbi heyət üzvü vardı.