Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında final mərhələsi start götürüb.
“Report”un məlumatına görə, Voleybol Mərkəzində bürünc və qızıl medallar uğrunda ilk oyunlar keçirilib.
Günün ilk matçı çempionluq üçün yarışan “Azərreyl” və “Abşeron” klubları arasında olub. Qarşılaşma “dəmiryolçular”ın inamlı qələbəsi ilə başa çatıb – 3:0 (26:24, 25:22, 25:13).
Sonra meydana üçüncülük üçün mübarizə aparan “Murov” və UNEC kollektivləri çıxıblar. Bu qarşılaşma da 3 hissə davam edib. Vüqar Əliyevin baş məşqçi olduğu komanda 3:0 (25:14, 25:12, 25:16) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar.